"Ağ Kənd TT" Məhdud Məsuliyyətli Cəmiyyət 28 İyun 2016-cı ildən etibarən daşınmaz əmlakın tikintisi və təmiri sektotunda uğurla fəaliyyət göstərir.
Şirkətimiz tikinti və təmir sahəsində geniş təcrübəyə malikdir və fəaliyyətini məhsuldar həllər və effektiv əməkdaşlıq prinsipləri əsasında qurur. Komandamız peşəkar mütəxəssislərdən ibarətdir və əsas diqqətimiz yüksək keyfiyyət və təhlükəsizlik standartları, eləcə də müştərilərimizin istək və tələblərini qarşılamaq üzərində cəmləşib.
"Ağ Kənd TT" MMC Qarabağda, işğaldan azad edilmiş ərazilərimizdə bir sıra mühüm layihələr həyata keçirmişdir. Bunlara Horadiz-Ağbənd dəmir yolu xəttinin və Əhmədbəyli-Horadiz-Minсivan-Ağbənd avtomobil yolu layihəsinin tikintisi daxildir.
Bundan əlavə,şirkətimiz bir neçə çoxmərtəbəli binaların tikintisini,həmçinin,"Triumf Palace","Gold Residence","Məqam MTK","Komfort Yaşayış Kompleksi","Şirvanşahlar Residence" kimi tanınmış komplekslərdə daxili təmir işləri və 700-dən çox mənzilin təmirini,eləcə də,bir çox qeyri-yaşayış obyektlərinin(ticarət mərkəzləri,banklar,supermarketlər və.s)tikinti və təmir işlərini həyata keçirmişdir.
"Ağ Kənd TT" MMC dəfələrlə müxtəlif tenderlərin qalibi elan edilmişdir və iştirak etdiyi bütün layihələri uğurla başa vurmuşdur.
Bu nailiyyətlər müştərilərimizə və işgüzar tərəfdaşlarımıza etibarli əməkdaşlıq imkanı təqdim edir. "Ağ Kənd TT" MMC olaraq, iş dünyasındakı yeni imkanlari izləyərək sektorda liderliyimizi qorumağı hədəfləyirik.
Tərəfdaşlar



















Sifarişçilər
















