"Ağ Kənd TT" şirkət adının yaranma tarixi
Ağ Kənd Qərbi Azərbaycanın tarixi Dərələyəz vilayətinin Keşişkənd rayonunda yerləşən, qədim və zəngin irsə malik yaşayış məntəqələrindən biridir. Yüksək dağlıq ərazidə yerləşməsi, əlverişli coğrafi mövqeyi və təbii gözəllikləri bu kəndi tarix boyu regionun diqqət çəkən məskənlərindən birinə çevirmişdir. Ağ Kənd əsrlər ərzində formalaşmış sosial-mədəni mühiti va köklü ənənələri ilə bölgənin tarixi simasını əks etdirən yaşayış yerlərindən hesab olunur.
Kəndin qədimliyini təsdiqləyən mühüm memarlıq nümunələrindən biri 1329-cu ildə Elxanilər dövründə inşa edilmiş Səlim karvansarasıdır. Böyük İpək Yolunun mühüm istiqamətlərindən biri üzərində yerləşən bu tarixi abidə Ağ Kəndin vaxtilə ticarət yolları üzərində strateji dayanacaq olduğunu və regionun iqtisadi-mədəni həyatında əhəmiyyətli rol oynadığını göstərir.
“Ağ Kənd” toponimi türk mənşəli olub, “ağ” sözü qədim türk dillərində “uca”, “ali” və “əzəmətli”, “kənd” isə yaşayış məntəqəsi mənasını ifadə edir. Bu ad kəndin həm coğrafi xüsusiyyətlərini, həm də tarix boyu qazandığı nüfuz və dəyəri özündə əks etdirir.
Zəngin tarixi keçmişi, mədəni irsi və nəsillər boyu qorunub saxlanılan dəyərləri ilə Ağ Kənd milli yaddaşımızda xüsusi yer tutur. “AĞ KƏND TT” MMC-nin adının bu qədim yaşayış məntəqəsinin șərəfinə seçilməsi tarixə hörmətin, mənəvi köklərə bağlılığın və davamlı inkişaf prinsiplərinə sadiqliyin ifadəsidir. Şirkət bu adı daşımaqla etibarlılıq, peşəkarlıq və yüksək keyfiyyət dəyərlərini öz fəaliyyətinin əsas istiqaməti kimi müəyyən etmişdir.