“Ağ Kənd TT” Məhdud Məsuliyyətli Cəmiyyət 28 iyun 2016-cı il tarixindən etibarən daşınmaz əmlakın tikintisi və təmiri sektorunda uğurla fəaliyyət göstərir.
Şirkətimiz tikinti və təmir sahəsində geniş təcrübəyə malikdir və fəaliyyətini məhsuldar həllər və səmərəli əməkdaşlıq prinsipləri əsasında qurur. Komandamız peşəkar mütəxəssislərdən ibarətdir və əsas diqqətimiz yüksək keyfiyyətə, təhlükəsizlik standartlarına, həmçinin müştərilərimizin istək və tələblərini qarşılamağa yönəlib.
“Ağ Kənd TT” MMC işğaldan azad edilmiş ərazilərimizdə, Qarabağda bir sıra mühüm layihələr həyata keçirmişdir. Bunlara Horadiz-Ağbənd dəmir yolu xəttinin və Əhmədbəyli-Horadiz-Minjivan-Ağbənd avtomobil yolu layihəsinin tikintisi daxildir.
Bundan əlavə, şirkətimiz bir neçə çoxmərtəbəli binanın tikintisini, eləcə də “Triumf Palace”, “Gold Residence”, “Məqam MTK”, “Komfort Yaşayış Kompleksi” və “Şirvanşahlar Residence” kimi tanınmış komplekslərdə daxili təmir işlərini və 700-dən çox mənzilin təmirini, habelə bir çox qeyri-yaşayış obyektlərinin (ticarət mərkəzləri, banklar, supermarketlər və s.) tikintisini və təmirini həyata keçirmişdir.
“Ağ Kənd TT” MMC dəfələrlə müxtəlif tenderlərin qalibi elan olunub və iştirak etdiyi bütün layihələri uğurla başa çatdırıb.
Bu nailiyyətlər müştərilərimizə və işgüzar tərəfdaşlarımıza etibarlı əməkdaşlıq imkanı təklif edir. “Ağ Kənd TT” MMC olaraq, iş dünyasında yaranan yeni imkanları izləyərək sektorda liderliyimizi qorumağı hədəfləyirik.
Media
Sertifikatlar

