"Ağ Kənd TT" şirkət adının yaranma tarixi
Ağ Kənd-Qərbi Azərbaycanın Dərələyəz vilayətinin Keşişkənd rayonunda yerləşən bir kənddir.
Ağkənd Azərbaycanın ən qədim tarixə malik kəndlərindən biridir. Bunun sübutu Elxani hökmdarı Sultan Əbu Səid Bahadur xan tərəfindən 1329-cu ildə (XIV əsr) Ağkənd kəndində tikilmiş “Səlim” karvansarasıdır.
Coğrafi cəhətdən Ağkənd yüksək ərazidə yerləşir, böyük kənd olduğu üçün Ağkənd adlandırılmışdır. Burada “Ağ” sözü “hündürlük” və ya “yüksəklik” mənasında işlənmişdir. Türk dillərinin qədim lüğətində “Ağ” sözünün “hündürlük” mənasında işləndiyi göstərilir və bu, türk dillərinə aid digər qədim mənbələrdə dəfələrlə təsdiqlənmişdir.
1918-ci ilə qədər kəndin əhalisi yalnız azərbaycanlılardan və türklərdən ibarət idi. Ağkənd kəndi bir çox ziyalı, elmlər doktoru və professor yetirmişdir.